16 yaşlı oğlan dənizdə boğuldu
    • 17-07-2018, 15:48
    • 1 630

16 yaşlı oğlan dənizdə boğuldu

Sumqayıt şəhərində 16 yaşlı oğlan dənizdə boğulub.

Hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü İlkin İmran oğlu Məmmədov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

// Report.az