-
- 16-02-2022, 14:40
- 634
Bakıda məşhur maklerlər həbs edildi – TƏFƏRRÜAT
Bakıda dələduzluq, rüşvət vermə və rəsmi sənədlərin saxtalaşdırılması kimi əməllərə görə təqsirləndirilən Çingiz və Musa adlı tanınmış maklerlər məhkəmə qarşısına çıxarılıb.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə onların Bakının Yeni Yasamal, Zabrat və Lökbatan qəsəbələri ərazisində yerləşən torpaq sahiblərinə yalandan vəd verərək rəsmi mülkiyyət sənədi alacaqlarına inandıraraq külli miqdarda pul alması bildirilib.
Məhkəmə Çingiz adlı makleri 8 il 6 ay, Musa adlı makleri isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
O da bildirilib ki, 1966-cı il təvəllüdlü maklerlərin ikisi də ali təhsillidir və ikisi də əvvəllər məhkumluq həyatı yaşayıblar.
Onlar Əmlak Məsələləri Dövlət Xidmətində vəzifələi tanışlarının olduqlarını bildirərək problemli mülkiyyət sahiblərindən külli miqdarda pul alıblar, həmçinin saxta möhür hazırlayaraq sənədlərə vurublar.