-
- 16-02-2022, 16:06
- 615
Ötən il ləğv olunan bələdiyyə aktlarının sayı açıqlandı
Ötən il 224 bələdiyyə aktı ləğv edilib.
News24.az xəbər verir ki, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Qeyd olunub ki, həmin müddətdə bələdiyyələr tərəfindən təmin olunmayan 13 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, onlardan 2-si məhkəmə tərəfindən təmin edilib, 11-i isə məhkəmələrin icraatındadır.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı 4 504 müraciət daxil olub. Qanunvericiliyin tələblərinə zidd olan 248 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Həmin təkliflər əsasında 224 akt ləğv edilib, 8 akt dəyişdirilib, 6 akt üzrə məhkəmədə iddia qaldırılıb, digərləri (10-u) isə baxılmaqdadır. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati icraatı zamanı təklif verilən 3 286 aktdan 2 232-si ləğv edilib, 732-si dəyişdirilib, təmin olunmayan 19 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 303 təklif isə baxılmaqdadır.