Aydın Mirzəzadədən bələdiyyələrlə bağlı - MARAQLI TƏKLİF
    • 17-04-2020, 12:30
    • 823

Aydın Mirzəzadədən bələdiyyələrlə bağlı - MARAQLI TƏKLİF

Azərbaycana haqsız yerə irad bildirən beynəlxalq təşkilatlar nədənsə əhalimizin 12 faizinin haqsız durumda qalmasına münasibət bildirmirlər. Əhalimizin 12 faizi 26 ildir ki, öz bələdiyyə orqanlarını yarada, seçə və seçilə bilmirlər.

Bu sözləri parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında danışan deputat Aydın Mirzazadə deyib.
O, əlavə edib ki, 1999-cu ildən bu yana bələdiyyələr işləyir, təcrübə qazanır: “Çox şadam ki, deputat olduğum Mingəçevir bələdiyyəsi ilə bağlı məsələ hesabatda vurğulanıb”.

Deputat daha sonra təkliflərini açıqlayıb:

“Təklif edirəm ki, bələdiyyələrlə bağlı marrifləndirmə işi geniş şəkildə aparılsın. Digər təklifim bələdiyyə könüllü hərəkatının yaradılması ilə bağlıdır. Bütün sahələrdə olduğu kimi, bələdiyyə könüllüləri hərakatı da yaradılmalıdır.
Qanunla bələdiyyələrin məktəb, xəstəxana, iş yeri yaratmaq səlahiyyəti var. Mən bildiyim qədər indiyə qədər bələdiyyələr xəstəxana və ya məktəb yarada bilməyib. Bununla bağlı banklar aşağı faizlə kredit verə, dövlət dəstək göstərə bilər.
Sonuncu təklifim isə bələdiyyə medalının yaradılması ilə bağlıdır. Bunu dövlət, eləcə də Ədliyyə Nazirliyi yarada bilər. Yeni medal bələdiyyələrdə fərqləndiyinə görə xüsusi xidməti olan, bələdiyyə sistemində xidməti olan şəxslərə verilə bilər”. /Teleqraf/com/