Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı - VİDEO
    • 3-12-2018, 10:16
    • 1 012

Zabit Səmədov rusiyalı rəqibini nokauta saldı - VİDEO

Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirib.

“Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – “Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib.
Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.

//Oxu.az