Manaf Ağayev SAXLANILDI
    • 17-02-2022, 21:55
    • 4 095

Manaf Ağayev SAXLANILDI

Müğənni Manaf Ağayev saxlanılıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan videodan sonra araşdırma aparılıb:

"Manaf Ağayevin Bakıda olduğu müəyyən olundu, onlar polis idarəsinə dəvət edildi. Araşdırma zamanı müəyyən olundu ki, onlar qanunsuz yollarla, icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə keçiblər. Ona görə saxlanılıblar, barələrində araşdırma aparılır. Nəticəsindən asılı olaraq qərar qəbul olunacaq".