Şuşa, Ağdam və Cəbrayılda 960 yerlik məktəb tikiləcək
    • 18-02-2022, 13:39
    • 602

Şuşa, Ağdam və Cəbrayılda 960 yerlik məktəb tikiləcək

Şuşa şəhəri 1 nömrəli 960 şagird yerlik və Ağdam şəhəri 1 nömrəli 960 şagird yerlik tam orta məktəblərdə tikinti işlərinə başlanılıb.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Cəbrayıl şəhəri 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihə-smeta sənədləri hazırlanır. /APA/