Yeni icra başçıları kollektivə təqdim edildi
    • 19-02-2022, 11:51
    • 516

Yeni icra başçıları kollektivə təqdim edildi

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yeni başçısı Coşqun Cəbrayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev və Kürdəmirin icra başçısı Elxan İbrahimov kollektivə təqdim edilib.

News24 xəbər verir ki, icra başçılarını kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Z.Nağdəliyev təqdimatlarda çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Yeni icra başçıları onlara göstərilən etimada görə minnətdarlığını bildirib.