Prokuror Bakıda tanışını bıçaqlayan şəxsə cəza istədi
    • 22-02-2022, 10:56
    • 370

Prokuror Bakıda tanışını bıçaqlayan şəxsə cəza istədi

Prokuror qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ruslan Nuriyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

News24.az xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edib.

Daha sonra zərərçəkmişin vəkili müdafiə çıxışı edib. O, müvəkkilinin cəzasının yüngülləşdirilməsini istəyib.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, R.Nuriyev aralarında yaranan mübahisə zamanı tanışı Amin Mirzəyevi bıçaqlayıb.

Daha sonra R.Nuriyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məclləsinin 126.1-ci ( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.