-
- 22-02-2022, 14:48
- 556
“Azərbaycanın Rusiya ilə imzalayacağı müqavilədə TÜRKİYƏNİN RAZILIĞI OLACAQ” – Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib. Rusiya prezidentinin rəsmi saytı Kreml.ru-nun yaydığı məlumata görə, fevralın 22-də Rusiya ilə Azərbaycan arasında Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamə imzalanacaq.
Millət vəkili Vahid Əhmədov News24.az-a açıqlamasında səfərin mahiyyətini şərh edib: “İlham Əliyevin Rusiyaya səfəri uzun müddətdir gündəmdə idi. Bu səfərin vacibliyini şərtləndirən bəzi səbəblər var. Xüsusilə, üçtərəfli bəyanatın icrasında yaranan boşluqları qeyd edə bilərik. Ciddi müzakirələrə ehtiyac var. İstəsək də, istəməsək də Rusiya bizim qonşumuzdur, strateji müttəfiqimizdir. Ona görə də müəyyən məsələləri müzakirə etmək lazımdır”.
Deputat Qarşılıqlı Müttəfiqlik haqqında Bəyannamə ilə bağlı bunları deyib: “Bu müqavilənin bəndləri və istiqaməti məlum olduqdan sonra qəti fikir yürütmək olar. Ancaq buna baxmayaraq, Azərbaycanın bölgədə hərbi müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsi bu müttəfiqliyin əsas halqasıdır. Azərbaycanın təhlükəsizliyini faktiki olaraq Türkiyə öz boynuna götürüb. Rusiya ilə imzalanacaq müqavilənin Türkiyə ilə əlaqələrimizdə problem yaradacağına inanmıram. Çox güman ki, Türkiyə ilə razılıqdan sonra bu müqavilə imzalanacaq”.
Siyasət şöbəsi