Daha 1 məktəb əyani tədrisə qayıtdı
    • 23-02-2022, 09:58
    • 262

Daha 1 məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 218 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bakı Şəhər Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.