Daha 2 məktəb əyani tədrisə qayıtdı
    • 26-11-2021, 16:08
    • 441

Daha 2 məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 47 və 155 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

BŞTİ-dən News24.az-a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.