-
- 23-02-2022, 13:59
- 518
Üç stansiyanın iş vaxtı uzadılacaq
Xəbər verdiyimiz kimi, fevralın 24-də “Qarabağ” Futbol Klubu UEFA Avropa Konfrans liqası turnirinin pley-off mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda meydana çıxacaq.
News24.az xəbər verir ki, AFFA və “Qarabağ” klubu qarşılaşmanın saat 21:45-də başlanması və gec saatlarda başa çatması ilə əlaqədar, metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə “Bakı Metropoliteni” QSC-yə müraciət ünvanlayıblar.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna tamaşaçı marağı və daxil olmuş müraciət nəzərə alınaraq, metropolitenin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Oyunun keçiriləcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, eləcə də “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevral ayının 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Oyunun gedişindən asılı olaraq, zərurət yaranacağı təqdirdə, qeyd edilən stansiyalara sərnişinlərin girişinin bir qədər də uzadıla bilər. Sərnişinlər metropoliten hüdudlarında mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.