-
- 23-02-2022, 16:25
- 1 153
Moskva Bəyannaməsinin alt qatı: Ermənistana daha bir zərbə, Rusiyanın istədiyi – TƏHLİL
Fevralın 22-də Azərbaycanla Rusiya arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Bəyannaməyə Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imza atıb.
Öncəliklə deyək ki, bu cür sənədlər imzalanmazdan öncə ciddi hazırlıq gedir və kəşfiyyat məlumatları əsasında da tərəflər tezislərini bir-birlərinə çatdırır.
Bəyannamə formalaşan və situativ dəyişikliklərlə müşayiət olunan yeni dünya nizamında Azərbaycan-Rusiya münasibətlərinin fazasını müəyyən edir və ikitərəfli əməkdaşlığa yeni təməllər atır.
Sənəddə müstəqillik amili qırmızı xətlə keçir. Münasibətlərdəki müttəfiqlik fəaliyyətinin hansı sərhədlər daxilində olacağını müəyyənləşdirir.
Sənədin təhlükəsizliyin perspektivinə zəmanət verən və müstəqilliyi qorumağa hesablanmış məhək daşı bunlardır:
- Dövlət suvrenliyi, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı,
- Daxili işlərə qarışmamaq,
- Yarana biləcək mübahisələrin dinc yolla, güc tətbiq etmədən və ya güclə hədələməmək yolu ilə tənzimlənməsi.
Bununla da, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, daxili işlərə qarışmamaq kimi öhdəlik götürdüyünü, daxili işləri öz maraqlarını təmin etmək üçün addımlara getməyəcəyini bildirir, eləcə də Azərbaycan.
Sənəddə bu cür halların tərəflər üzərində bərabərtərəfli hüquqi məsuliyyət yaratdığı görünür, lakin aydındır ki, Rusiya tərəfdən daha çox “küləklər əsir” və Bakı bu “küləklər” önünə səd çəkir.
Bəyannamənin ikinci bəndində göstərilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.
Rusiyanın qlobal arenadakı rolu və tutduğu mövqe onu fərqli xarici siyasət kursu yürütməyə vadar edir, Azərbaycanın isə xarici siyasət konsepsiyasının qayəsi tamamilə başqa səmtdədir.
Bakı Avropa İttifaqı ilə də, NATO ilə də münasibətləri uğurla inkişaf etdirir. Qısası, Azərbaycanın xarici siyasət konsepsiyasının icrası elə incə mexanizmlərlə tətbiq edilir ki, bu, əks qütbdə dayanan qlobal güclərin gözündə Bakının strateji əhəmiyyətini artırır.
Azərbaycanın Rusiya ilə də qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri formalaşıb.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı zəfəri hərbi-siyasi, siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirmək üçün önəmli, çoxşaxəli addımlar atır.
Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə, o cümlədən Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq Azərbaycana milli təhlükəsizliyini qorumaq üçün yeni immunitet qazandırır.
Azərbaycan bundan sonra digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək.
Moskva Bəyannaməsi üzərindən yanlış rəy yaradılmasının, təhrif edilmiş mahiyyətdə təqdimatına can atmaların şahidi oluruq. Eyni zamanda bu sənədi Azərbaycanın dostu, strateji müttəfiqi Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi ilə uğursuz və dəxilsiz müqayisəsi, Şuşa Bəyannaməsinin əhəmiyyətinin itdiyinin qeyd edilməsi də bəzi çevrələrin marağındadır.
Birincisi, qeyd etmək zəruridir ki, bir dövlətlə imzalanan sənəd, digər dövlətlə imzalanan sənədi qüvvədən salmır. Bunun əksini iddia edən varsa, buyursun, beynəlxalq hüquqdan buna dair bir dənə sübut ortaya qoysun.
Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.
İkincisi, Moskva Bəyannaməsi Azərbaycan-Türkiyə-Rusiya üçbucağında birgə maraqları yeni mərhələyə keçirir.
Üçüncüsü, Azərbaycanla Rusiya arasındakı müttəfiqlik Ermənistana böyük rəzbədir. Bununla da, Ermənistan Azərbaycanla münasibətlərdə gərginlik yaşayacağı təqdirdə, üçüncü tərəfin prosesə cəlbinə cəhdlər üçün sui-istifadə hallarına yol verə bilməyəcək.
Moskva Bəyannaməsinin 43 maddəsi var, biz onun ümumi təsvirini verməyə çalışırıq. Ən çox diqqət çəkən məqamlardan biri də sənədin 18-ci bəndidir.
Qeyd olunur ki, Rusiya və Azərbaycan beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Bu bənd 10 noyabr bəyanatının 4-cü bəndi kontekstində diqqət çəkir. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən erməni silahlılarının çıxarılması hələ təmin edilməyib.
Düşünmək olar ki, 18-ci maddə Rusiya tərəfinə əlavə öhdəlik qoyur və separatçıların Azərbaycan ərazilərindən çıxarılmasının tezləşdirilməsini rəsmiləşdirir.
İlham Əliyev Vladimir Putinlə keçirdiyi mətbuat konfransında verdiyi bu bəyanat həmin maddə kontekstində diqqət çəkir.
SİTAT:
“Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama fazasına keçməsində mühüm rol oynayıb”.
Digər tərəfdən, həmin bənd ona işarədir ki, Azərbaycana digər təhlükələr də mövcuddur və bunun haradan gəldiyi haqqında kəşfiyyat orqanları məlumatlıdırlar...
Bəs Rusiyanın Azərbaycandan istədiyi nədir?
Putinin Əliyevi isti qarşılamasından aydın olur ki, Rusiya Azərbaycanla güc dilində danışmır və yeni reallıqlarda Bakının tutduğu prinsipial mövqeni dərk edir.
Moskva Bakıdan zəmanət alır ki, ona qarşı formalaşan yeni cəbhələrdə yer almayacaq. Təbii ki, Bakı ehtiyatlı və ölçülü-biçili davranacaq. Hesab edirəm ki, bura iqtisadi platformaların Rusiyaya qarşı qaynadılması prosesində də, eləcə də Ukrayna məsələsində Azərbaycanın iştirakını istəməməsi də daxildir.
NƏTİCƏ:
1. Azərbaycanla Rusiya arasında imzalanan sənədlə Bakı yeni təhlükəsizlik zəmanəti qazanır,
2. Bununla da, Ermənistanın yeni fazada sıxışdırılması rəsmiləşir,
3. Bu sənəd Şuşa Bəyannaməsini qüvvədən salmır.
Analitik Aqşin Kərimov