UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb
    • 3-12-2018, 17:51
    • 1 201

UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb

UEFA Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.

A liqasının qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında Portuqaliya - İngiltərə və Hollandiya - İsveçrə cütləri mübarizə aparacaq.
Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında yer aldığı D liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.

//Report