Azərbaycanlı gənc beynəlxalq mükafata layiq görüldü
    • 3-12-2018, 18:12
    • 1 123

Azərbaycanlı gənc beynəlxalq mükafata layiq görüldü

İran İslam Respublikasının Elm, Tədqiqatlar və Texnologiya Nazirliyininin təşkilatçılığı ilə İsfahan Universitetində tədqiqatçıların beynəlxalq "Harakat" festivalı baş tutub. 

 54 ölkədən 85 nümayəndənin təqdim etdiyi layihələr arasında Azərbaycanı təmsil edən, Xəzər Gənclər Evinin direktoru, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı Əligül Ağayev Ağasalam oğlunun "Əli və Nino turizm marşurutu" layihəsi 12 ən yaxşı layihə təqdimatından biri seçilib.

 
Qaliblər diplom və festivalı əks etdirən hədiyyə ilə mükafatlandırılıblar.

//Azxeber.com