Bakılı tələbə beynəlxalq robotexnika yarışında I yeri tutub
    • 29-04-2019, 18:32
    • 1 020

Bakılı tələbə beynəlxalq robotexnika yarışında I yeri tutub

Paytaxt məktəblisi Rumıniyada keçirilən beynəlxalq yarışda ölkəmizi uğurla təmsil edib.

18 nömrəli tam orta məktəbin XI sinif şagirdi Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub. Qeyd edək ki, yarışda ümumilikdə, 36 ölkə üzrə 785 iştirakçı 347 layihə ilə qalibiyyət uğrunda mübarizə aparıb.

Onu da qeyd edək ki, beynəlxalq yarışda I yeri tutan iştirakçılar arasında digər azərbaycanlı məktəblilər də var. Azərbaycanı təmsil edən məktəblilər yarışda 3 qızıl, 1gümüş medal qazanıblar.