Kiyevdə ərzaq mağazalarında uzun növbələr yaranıb, banklar bağlandı

Kiyevdə ərzaq mağazalarında uzun növbələr yaranıb, banklar bağlandı Dünya
Ukraynanın paytaxtı Kiyevdə hazırda restoranlar, banklar, valyutadəyişmə məntəqələri bağlıdır.

News24.az Report-a istinadən xəbər verir ki, hazırda ərzaq mağazalarında uzun növbələr yaranıb.

Növbələrin yaranmasının səbəbi kimi mümkün təxribatların qarşısının alınması üçün kütləvi halda insanların mağazalara buraxılmaması göstərilir.

Ərzaq qıtlığı hələ ki, müşahidə olunmur.