-
- 17-07-2018, 16:41
- 2 881
Bakıda 18 yaşlı qız özünü 17-ci mərtəbədən atdı - TƏFƏRRÜAT - VİDEO
Bu gün Bakı şəhərində 18 yaşlı qızın özünü binanın 17-ci mərtəbəsindən atması barədə xəbər vermişdik
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi 24 B-də qeydə alınıb.
Binanın komendantı Toğrul Kətanov hadisə anını belə xatırlayıb: "Hadisə səhər saat 9.20 radələrində baş verib. Tanımadığımız şəxsdir. Binanın 20-ci girişindən girərək 17-ci mərtəbənin pəncərəsindən özünü atıb. Əvvəlcə təcili tibbi yardıma zəng vurduq. Sonra da yaxınlıqdakı 29-cu polis bölməsinə xəbər verdik. Qısa şortda idi. Düşərkən yuxarı mərtəbələrdən birindəki kondisionerə ilişib, paltarları cırılmışdı. Şəxsiyyəti ilə bağlı məlumatımız yoxdur. Adını Nərgiz deyə çağırırdılar. Meyit burda 30 dəqiqə qaldıqdan sonra yaxınları və anası gəldi. Onlar deyəndə eşitdik. Ən yuxarı mərtəbədən özünü atdığından sifəti tanınmaz halda idi".
Hadisənin motivi hələlik məlum deyil. İntihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Nərgiz Rövşən qızı Vəliyeva olduğu müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.