Türkiyədən Ukraynaya dəstək: "Rusiyanın hərbi müdaxiləsi QƏBULEDİLMƏZDİR
    • 24-02-2022, 15:16
    • 1 696

Türkiyədən Ukraynaya dəstək: "Rusiyanın hərbi müdaxiləsi QƏBULEDİLMƏZDİR"

“Rusiyanı bu hərəkatı tez bir zamanda dayandırmağa çağırırıq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qəbuledilməz hesab edirik”.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu hücum Minsk razılaşmasının pozulması ilə yanaşı, həm də beynəlxalq hüquqa ziddir. Eyni zamanda hücum region və dünya üçün ciddi təhddir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət edən Türkiyə sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinədir. Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyimiz davam edir”.