“Ukraynadakı tatarların təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik” - ƏRDOĞAN
    • 24-02-2022, 15:56
    • 1 543

“Ukraynadakı tatarların təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik” - ƏRDOĞAN

“Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini telefon danışığımız zamanı ukraynalı həmkarım Volodimir Zelenskiyə də dedim”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Gərginliyin Minsk razılaşmaları çərçivəsində tənzimlənməsi arzumuzu bir daha təkrarlayırıq. Bunu dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə də dedim.

Hərbi müdaxilənin qəbuledilməz olduğunu və rədd etdiyimizi bir daha xatırlatmaq istəyirəm. Beynəlxalq hüquqa zidd kimi qiymətləndirdiyimiz bu addım regionun sabitliyinə vurulmuş bir zərbədir”, - dövlət başçısı vurğulayıb.

Eləcə də, Türkiyə başçısı bildirib ki, öz vətəndaşlarımız və Krım tatarları qardaşlarımız başda olmaqla Ukraynada yaşayan hər kəsin təhlükəsizliyinin təmin edilməsi məsələsində üzərimizə düşəni edəcəyik. /Report/