Avtobus qəzası: 16 ölü - Bu ölkədə
Dünya
İndoneziyanın Mərkəzi Yava əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 16 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, paytaxt Cakartadan Yoqyakartaya gedən şəhərlərarası avtobus gecə saatlarında idarəetməni itirərək beton maneəyə çırpılıb və aşıb.
Axtarış-xilasetmə rəsmisinin bildirdiyinə görə, avtobusda 34 sərnişin olub. Qəza nəticəsində 6 nəfər hadisə yerində, 10 nəfər isə xəstəxanaya aparılarkən və ya müalicə zamanı ölüb.
Qəzada yaralanan 18 nəfər yaxınlıqdakı iki xəstəxanada müalicə alır. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.