Azərbaycan Ordusunun snayperlərinin atəş hazırlığı təkmilləşdirilir - VİDEO
    • 25-02-2022, 09:56
    • 654

Azərbaycan Ordusunun snayperlərinin atəş hazırlığı təkmilləşdirilir - VİDEO

2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.

Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.