COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
    • 25-02-2022, 18:46
    • 1 559

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 830 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1525, üç və daha çox doza vaksin vurduranların sayı 24 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1492 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 926 638, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 295 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 781 811, üç və daha çox doza vaksin vurduranların sayı 2 648 544, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 201 233 təşkil edir.