ABŞ səfirliyindən Xocalı soyqırımı ilə bağlı paylaşım
    • 26-02-2022, 09:30
    • 673

ABŞ səfirliyindən Xocalı soyqırımı ilə bağlı paylaşım

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, səfirliyin tviter hesabında səfir Örl Litzenberqin sözləri dərc olunub:

“Bu gün biz azərbaycan xalqının kədərini paylaşır və 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik”.