Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım etdi
    • 26-02-2021, 10:57
    • 541

Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “Twitter” hesabından paylaşım edib.

News24.az-ın məlumatına görə, M. Çavuşoğlu “29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarınızı rəhmətlə yad edirik. Bu bəşəri cinayəti unutmadıq, unutmayacağıq”, - deyə qeyd edib.