“Donmuş anamı belimdə daşıdım” – XOCALI DƏHŞƏTİ - FOTO/VİDEO
    • 26-02-2022, 16:46
    • 3 519

“Donmuş anamı belimdə daşıdım” – XOCALI DƏHŞƏTİ - FOTO/VİDEO

Dəhşətli Xocalı faciəsindən 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bu gün Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib

Azərbaycan xalqı 30-cu ildönümü ilə əlaqədar Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Bakıda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir. 

News24.az xəbər verir ki, ziyalılar, ictimaiyyət nümayəndələri, habelə sıravi vətəndaşlar abidənin önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.

“Ana harayı” abidəsini ziyarət edən vətəndaşlar təəssüratlarını saytımıza bölüşüb.

Reportajı təqdim eidrik:

Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev