-
- 26-02-2022, 14:15
- 3 208
FHN-in Regional mərkəzlərində də Xocalı soyqırımı anıldı - Fotolar
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.
News24.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanılan tədbirlərdə Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Toplantılarda Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş ağır cinayət kimi xarakterizə olunub, bu qanlı hadisənin bəşəriyyət tarixinin ən faciəli səhifələrindən biri olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş Sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub, nəticədə, 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 nəfər məhz azərbaycanlı olduğuna görə amansızcasına qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.
Toplantılarda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı videoçarx nümayiş olunub.