Zelenski:
    • 27-02-2022, 18:00
    • 1 510

Zelenski: "Rusiya ilə Ukrayna-Belarus sərhədində görüşü razılaşdırdıq"

"Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq".

News24.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.