Rusiya Xarkovu “Qrad”dan atəşə tutub: Onlarla ölən var – VİDEO
    • 28-02-2022, 16:53
    • 1 656

Rusiya Xarkovu “Qrad”dan atəşə tutub: Onlarla ölən var – VİDEO

“Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” reaktiv atəş sistemindən intensiv atəşə tutub”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

“Bu dəqiqələrdə Xarkov şəhəri “Qrad”dan intensiv atəşə tutulub. Onlarla ölü və yüzlərlə yaralı var. Bu dəhşəti bütün dünya görməlidir”, – deyə Anton Geraşenko vurğulayıb.

Həmin hadisənin anbaan görüntülərini təqdim edirik: