Sahibkarlarla növbəti görüş Göyçay rayonunda keçiriləcək
    • 28-02-2022, 17:38
    • 1 449

Sahibkarlarla növbəti görüş Göyçay rayonunda keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

News24.az xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Göyçay rayonunda təşkil olunacaq.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində (Əli Kərim adına şəhər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” martın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.