“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Yardımlıda təşkil olunacaq
    • 10-08-2021, 12:54
    • 375

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Yardımlıda təşkil olunacaq

Avqustun 11-də Yardımlı rayonunun Dəlləkli kəndində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” təşkil olunacaq.

News24.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Açıq mikrofon” aksiyasında iştirak edən sakinlər qaz təchizatı ilə bağlı istənilən problem və təkliflərini rahat şəkildə səsləndirə bilərlər.

Bu rahatlığı təmin etmək üçün qurum tərəfindən bəzi məsələlər də nəzərə alınıb. Belə ki, sakinlərin sərbəst, ehtiyat etmədən problemlərini, şikayətlərini dilə gətirməsi üçün aksiyaya aidiyyatı üzrə olan və ya olmayan hansısa səlahiyyətli şəxslərin iştirakını nəzərdə tutulmayıb.

Aksiya saat 11:00-dan 14:00-a qədər davam edəcək.