İnam Kərimov Neftçalada gənc ağırlıqqaldıranlarla görüşdü
    • 1-03-2022, 10:29
    • 523

İnam Kərimov Neftçalada gənc ağırlıqqaldıranlarla görüşdü

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov Neftçala rayonunun Xol Qarabucaq kəndində gənc idmançılarla görüşüb.

Federasiyanın Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Kərimov məşq prosesini izləyib və ağırlıqqaldıranların müxtəlif yaş qrupları üzrə yarışlara hazırlıq səviyyəsini dəyərləndirib.

Görüşdə ölkədə ağırlıqqaldırma idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.