Belarusun hava hücumundan müdafiə sistemi döyüşə hazır vəziyyətə gətirildi
    • 1-03-2022, 13:09
    • 669

Belarusun hava hücumundan müdafiə sistemi döyüşə hazır vəziyyətə gətirildi

"Rusiya qüvvələrinin arxadan vurulmasının qarşısını almaq üçün Belarusda hava hücumundan müdafiə sistemləri döyüşə hazır vəziyyətə gətirilib".

News24.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

"Başqa cür edə bilmərik. Biz daim Qərb tərəfdaşlarından təxribat gözləyirik. İstər siyasətdə, istər iqtisadiyyatda, istərsə də hərbi sahədə" deyə Lukaşenko deyib.