Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olundu
    • 2-03-2022, 10:32
    • 736

Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub.

News24.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri Vəli Quliyev təyinat alıb.

Dövlət Xidmətinin keçmiş rəisi Fuad Heydərov isə nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, V.Quliyev 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2007-ci ildən bank-maliyyyə sektorlarında rəhbər vəzifələrdə, 2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Fuad Heydərov isə Nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri, şöbənin əvvəlki müdiri Əbülfət Məhərrəmov əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.