Salyanda sərnişin mikroavtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb
    • 4-12-2018, 14:26
    • 1 718

Salyanda sərnişin mikroavtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb

Salyan rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb, 5 nəfər xəsarət alıb.

Hadisə bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, sərnişindaşıyan mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salyan rayon sakinləri, 1969-cu il təvəllüdlü Hüseynova Məhəbbət Sabir qızı, 1964-cü il təvəllüdlü Səlimova İlhamə Qəhrəman qızı, 1959-cu il təvəllüdlü İbrahimova Səmayə Qulam qızı, 1991-ci il təvəllüdlü İbrahimova Yeganə Cahanşah qızı və 1968-ci il təvəllüdlü Zülfüqarov Mənsur İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

//Report