CinemaPlusda “Betmen” filminin nümayişinə başlanıldı - VİDEO
    • 2-03-2022, 13:20
    • 1 004

CinemaPlusda “Betmen” filminin nümayişinə başlanıldı - VİDEO

CinemaPlus kinoteatrlar şəbəkəsində bu gündən eyniadlı DC komiks seriyası – The Batman əsasında rejissoru Mett Rivzin çəkdiyi Amerika elmi fantastika döyüş filminin nümayişinə başlayıb.

News24.az xəbər verir ki, filmdə “Betmen” onun əvvəllər göstərilmədiyi – detektiv kimi təqdim olunacaq.

Rejissoru Mett Rivz film haqqında bildirib ki, ekran işi emosiyalar fırtınasına səbəb olacaq: "Filmdə “Betmen” onun əvvəllər göstərilmədiyi - detektiv kimi təqdim olunacaq. Dediyimiz hər şey komikslərdə tapıla bilər. O, tarixin ən böyük detektivi ola bilərdi, lakin əvvəlki bütün filmlər buna diqqət yetirməmişdi. Mən Betmenin transformasiyadan keçməsini istərdim”.

Filmdə baş rollarda Robert Pattinson, Endi Serkis və Zoi Kravits çəkilib.

Film haqqında məlumata gəlincə, şəhərdə elitaya qarşı bir sıra qəddar hücumlar baş verdikdə, sirli ipuçları Brus Ueyni yeraltı dünyasının ən qaranlıq guşələrinə aparır və burada o, Pişik Qadın, Pinqvin, Karmayn Falkon və Tapmacaçı ilə tanış olur. İndi silahın altında dostu düşməndən ayırmaq və Qothemdə ədaləti bərpa etmək məcburiyyətində qalan Betmen özüdür.

“Betmen” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləmək mümkündür.