-
- 2-03-2022, 17:24
- 1 579
Ukraynada həlak olan dinc sakinlərin sayı açıqlandı
Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti 7 gündür davam edən döyüşlərdə həlak olan dinc sakinlərin sayını açıqlayıb.
News24.az xəbər verir ki, Rusiya qüvvələri tərəfindən mülki infrastruktura və yaşayış məntəqələrinə sarsıdıcı zərbələrendirilməsi və bombardmanlar nəticəsində 2000-dən çox ukraynalı dinc sakin həyatını itirib.
Açıqlamada deyilir:
"Müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturunu, yaşayış binalarını, xəstəxanaları və uşaq bağçalarını dağıdıb. Bu müddət ərzində müdafiəçilərimizi nəzərə almasaq, artıq 2000-dən çox ukraynalı həlak olub. Bu gün Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əsas səyləri insanları xilas etməyə yönəlib. 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşindən sonra baş vermiş 400-dən çox yanğını söndürməyə, 500-dən çox insanı təxliyə etməyə nail olduq. Pirotexniklər 416 partlayıcı obyekti zərərsizləşdirib".