TƏBİB-in tabeliyindəki xəstəxanalara həkim axtarılır
    • 3-03-2022, 10:13
    • 941

TƏBİB-in tabeliyindəki xəstəxanalara həkim axtarılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrinə həkim-mütəxəssislərin (o cümlədən xaricdə təhsil almış) işə qəbulunu elan edib.

News24.az xəbər verir ki, TƏBİB tabeliyindəki aşağıdakı tibb müəssisələrinə işə qəbul olmaq istəyən həkim-mütəxəssislər anket formasını dolduraraq tələb olunan sənədlərin elektron nüsxələri ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Elektron poçtun “mövzu” bölməsində müraciət edilən vəzifənin və tibb müəssisəsinin adı qeyd edilməlidir. Namizəd bir neçə tibb müəssisəsinə müraciət etmək istədiyi halda, hər tibb müəssisəsi üzrə ayrı-ayrılıqda müraciət etməlidir.

"Sumqayıt Tibb Mərkəzi" PHŞHəkim-ümumi cərrah
Həkim-anestezioloq-reanimatoloq
Həkim-kardioloq
Şüa diaqnostikası üzrə həkim (Həkim-rentgenoloq)
Həkim-infeksionist
Həkim-neyrocərrah
Həkim-mama-ginekoloq
"Nərimanov Tibb Mərkəzi" PHŞHəkim-ümumi cərrah
Həkim-anestezioloq-reanimatoloq
Həkim-radioloq
Həkim-plastik cərrah
"Akademik.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" PHŞHəkim-travmatoloq-ortoped
Həkim-mama-ginekoloq
Həkim-pediatr
Həkim-uroloq
Həkim-ümumi cərrah
"Xəzər Tibb Mərkəzi" PHŞHəkim-psixiatr
Həkim-terapevt
Həkim-kardioloq
Həkim-endokrinoloq
Həkim-otorinolarinqoloq
Həkim-anestezioloq-reanimatoloq
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim
Mərkəzi Neftçilər XəstəxanasıHəkim-terapevt
Həkim-qastroenteroloq
Həkim-pediatr
Həkim-anestezioloq-reanimatoloq
Həkim-fizioterapevt
Həkim-uroloq
Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim

Həkim-mütəxəssis vəzifəsi üzrə tələb olunan sənədlərin siyahısı:
  • şəxsiyyətini təsdiq edən sənəd;
  • əsas (baza ali) tibb təhsili haqqında sənəd (diplom) (xarici dövlətlərin ali tibb təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamə (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • sertifikasiya şəhadətnaməsi (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
  • əmək kitabçası (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
  • elmi dərəcə və elmi ad haqqında dövlət sənədi (olduğu halda);
  • xarici dil və kompüter biliklərini təsdiq edən sənəd (olduğu halda);
  • seminar/konfranslarda iştirak etməni təsdiq edən sənəd (olduğu halda).
Sənəd qəbulu martın 7-dək davam edəcək.