DSX işə qəbul elan edir

DSX işə qəbul elan edir
SOSİAL

7-12-2020, 12:40

Mətn ölçüsü

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə və işə qəbul elan edir. 

News24.az
xəbər verir ki, Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq  istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

Həkim-terapevt;
Həkim-ümumi cərrah;
Həkim-stomatoloq;
Həkim-sanepidemioloq;
Həkim-dermatoloq;
Həkim-infeksionist;
Həkim-otolarinqoloq;
Həkim-laborant;
Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
Feldşer;
Feldşer-laborant;
Diş texniki.  
 
Namizədlər aşağıdakı  tələblərə cavab verməlidirlər:

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

Fiziki cəhətdən sağlam olmalı;

Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər. 
Əlavə məlumat üçün əlaqə nömrəsi:  (012) 564-16-92