-
- 4-12-2018, 15:08
- 876
"İnterpol"un həbs etdiyi azərbaycanlının məhkəməsində zərərçəkmiş ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində İbrahim Səfərov ifadə verib.
O, RİÇ firmasının təsisçisi olduğunu, 1996-99-cu illərdə isə "Azərbaqqaliyə" TTK-dan bir neçə dəfə şəkər tozu aldığını bildirib.
Zərərçəkmiş qeyd edib ki, xaricdən mal almaq üçün pulu təqsirləndirilən E.Xəlilova verib: "Emil Xəlilov da ölkəyə gətirdiyi malı "Azərbaqqaliyə" TTK-ya satırdı. Lakin sonda aldadıldım".
İ.Səfərovun sözlərinə görə, köhnə Azərbaycan manatı ilə ona 675 min manat zərər dəyib. O, zərərin ödənməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.
İttiham aktına əsasən, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə, ümumilikdə, 3 milyon 381 min AZN zərər vurub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
E.Xəlilov uzun müddət beynəlxaql axtarışda olub. O, bu il avqustun 8-də Ukraynada həbs edilib və Azərbaycana ekstadisiya olunub.
//Report