Zaporojye AES-dəki yanğın söndürüldü
    • 4-03-2022, 10:42
    • 701

Zaporojye AES-dəki yanğın söndürüldü

Zaporojye Atom Elektrik Stansiyasının təlim korpusunda baş verən yanğın söndürülüb.

News24.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Ölən və yaralananın olmadığı bildirilir.

Qeyd edək ki, gecə saatlarında Rusiya hərbçilərinin açdığı atəş nəticəsində Zaporojye atom elektrik stansiyasında yanğın başlayıb.