Çavuşoğlu Azərbaycana gəldi
    • 4-03-2022, 23:00
    • 1 674

Çavuşoğlu Azərbaycana gəldi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.

News24.az xəbər verir ki, o, bu barədə "Twitter'də" bildirib.  Türkiyəli naziri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qarşılayıb.

"NATO Xarici İşlər Nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün Can Azərbaycandayıq", - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.