Azərbaycanda daha 374 nəfər koronavirusa yoluxdu
    • 6-03-2022, 16:00
    • 2 095

Azərbaycanda daha 374 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 284 test icra olunub.

İndiyədək ölkədə ümumilikdə 789 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 nəfər vəfat edib. 4 539 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 284, bu günə qədər isə ümumilikdə 6 599 806 test icra olunub.