Tərtərdə silah-sursat aşkar edildi
    • 7-03-2022, 10:10
    • 1 279

Tərtərdə silah-sursat aşkar edildi

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xİdmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.