İlham Əliyev: "Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə böyük önəm verir"
    • 7-03-2022, 12:00
    • 2 130

İlham Əliyev: "Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə böyük önəm verir"

"Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir".

News24.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Qarşıdan gələn aylarda ölkənizin Avropa İttifaqına sədrliyi çərçivəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamımızı ifadə edirik", - deyə məktubda qeyd edilib.