Zelenski “Müharibəyə yalnız Putinlə birbaşa danışıqlar son qoya bilər”
    • 10-03-2022, 02:30
    • 1 287

Zelenski “Müharibəyə yalnız Putinlə birbaşa danışıqlar son qoya bilər”

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, müharibəyə yalnız Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar son qoya bilər.

News24.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.

Zelenski bildirib ki, yalnız Rusiya prezidenti ilə birbaşa və qarşlıqlı kompromisə söykənən dialoqla müharibəni dayandırmaq olar.

“Bütün danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Mən də müvafiq addımlar ata bilərəm. Kompromis mümkündür, lakin bu, mənim ölkəmə xəyanət olmamalıdır. Mən hələ detalları açıqlaya bilmərəm. Çünki Rusiya prezidenti ilə birbaşa təmasım yoxdur. Yalnız 2 prezidentin birbaşa danışıqları müharibəyə son qoya bilər”, - deyə Zelenski vurğulayıb. /Apa.az/