-
- 10-03-2022, 15:44
- 1 798
Lavrovdan tatar deputatın qaçırılması xəbəri ilə bağlı - Açıqlama
“Rusiya tərəfindən Ukraynada insanların qaçırılması barədə məlumatlar feykdir”.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri arasında keçirilən üçtərəfli görüşdən sonra deyib.
Lavrov görüşdən sonra mətbuat konfransı zamanı ukraynalı jurnalistin Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın qaçırılması barədə sualına cavab verərkən deyib:
“Dediniz ki, bunlar faktdır, lakin mən düşünürəm ki, bu “f” ilə başlayan başqa bir sözdür. Efir, ümumilikdə internet və KİV feyk xəbərlərlə doludur. Mən ümumiyyətlə bu məsələ barədə məlumata sahib deyildim, amma Kiyev rejiminin məşhur olduğu hərəkətləri bilirəm. Dünən deputat Yevgeni Şevçenkonun harasa yoxa çıxdığını eşitdim. Onu hələ tapmayıblar? Bunu hələ ayırd etməmişəm”.
Xatırladaq ki, bu gün Rusiya hərbi formasında olan silahlı bir qrup şəxsin Zaporojye Vilayət Şurasının deputatı Leyla İbrahimovanın evinə basqın etdiyi və onu qaçırdığı barədə məlumatlar yayılıb.