Bakıda Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının ilk günü baş tutdu - FOTOLAR
    • 10-03-2022, 20:49
    • 1 377

Bakıda Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının ilk günü baş tutdu - FOTOLAR

Bu gün Bakıda Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatının ilk günü baş tutub.

News24.az xəbər verir ki, dünya çempionatına 17 ölkədən 170 gimnast qatılıb.

Dörd gün davam edəcək yarışda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edirlər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüklərin mübarizəsində təmsil edirlər. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparırlar.

Fotolar: Teymur Məmmədov