-
- 11-03-2022, 12:29
- 951
Zukerberqdən Rusiyaya qarşı növbəti sərt addım
"Meta" şirkəti bəzi ölkələrdəki "Facebook" və "Instagram" istifadəçilərinə rus əsgərlərinin Ukraynaya müdaxiləsi kontekstində onlara qarşı zorakılığa çağıran, həmçinin, Rusiya prezidenti Vladimir Putinin və Belarus başçısı Aleksandr Lukaşenkoya ölüm arzulayan statuslar, mesajlar dərc etməyə icazə verəcək.
News24.az TASS-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Meta"-nın (Facebook, Instagram) bu qərarına qəzəblənib. O, Zukerberq platformasının bu qərarı ilə bağlı ağır nəticələrin olacağını bildirib.
Volodin Zukerberqin qərarını “ruslara qarşı nifrətin alovlandırılması” və “informasiya müharibəsi” adlandırıb.
O qeyd edib ki, Rusiya Federasiyasının vətəndaşlarına qarşı zorakılıq çağırışlarına əsas verən qərarla bağlı tədbir görülməsi xahişi ilə Baş Prokurorluğa və İstintaq Komitəsinə müraciət edilməlidir: “Bu, ölkəmizdə fəaliyyət göstərən Amerika platformaları üzərindən vətəndaşlarımıza yönəlmiş müharibədir”, - Dövlət Dumasının spikeri bildirib.